Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İdmançımız İranda fərqləndi
İranın Əhvaz şəhərində keçirilən ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kuboku davam edir.
Sportfm.az xəbər verir ki, böyük nüfuza malik bu yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edirlər. Bu gün Sənan Mirzəyev 85 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, uğurlu çıxış edərək fəxri kürsüyə qalxa bilib.
Sənan birdən qaldırma hərəkətində 141 kq-ı ram edib və bu hərəkətdə 3-cü olub. Təkanla qaldırma hərəkətində 167 kq-ı başı üzərinə qaldıran Mirzəyev, bu hərəkətdə 4-cü yeri tutub.
Toplam 308 kq (141+167) nəticə göstərən atletimiz yekun sıralamada bürünc medala layiq görülüb.
Beləliklə, Fəcr Kubokunun ilk iki yarış günündə ağır atletlərimiz 3 böyük (hər üçü bürünc) medal qazanıblar. Bununla yanaşı, onları ayrı-ayrı hərəkətlərdə daha 5 kiçik (birdən qaldırmada 1 qızıl, 1 gümüş və 1 bürünc, təkanla qaldırmada 2 bürünc) medala layiq görüldüyünü də qeyd etmək lazımdır.
Oxşar xəbərlər
İdmançımız bürünc medal qazandı - Dünya çempionatı
Əli Şükürlüdən 3 medal birdən - Avropa birinciliyi
İdmançımız qızıl medal qazandı
Atletimiz Avropa üçüncüsü oldu
Azərbaycanlı ağır atlet Avropa çempionu oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası