reklam
Sportfm.az xəbər saytı

"Medal kolleksiyamı tamamladım" -Avropa çempionu


Şükürlər olsun ki, bu sınaqdan da üzüağ çıxdım.
Sportfm.az xəbər verir ki, bunu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Murad Məmmədov (63 kq) Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

İdmançı yanvarda Xorvatiyada baş tutmuş yarışda qolundan zədələndiyini xatırladıb: "O qədər ciddi idi ki, həkimlər əməliyyat olunmağımı məsləhət bilirdilər. Belədə 5-6 ay güləşə bilməyəcəkdim. Ona görə də buna razılaşmadım. Elektromaqnitlə bərpa prosesi keçməklə ağrıları azaltdım. Avropa çempionatına qatıldım. Şükürlər olsun ki, bu sınaqdan da üzüağ çıxdım. 4 görüş keçirdim. Yarımfinalda Rusiya və finalda Ukrayna güləşçiləriylə qarşılaşmalar çətin keçdi. İlk dəfə Avropa çempionu oldum. Buna qədər bu yarışda gümüş və bürünc medal qazanmışdım. Bu nəticə ilə Avropa çempionatında medal kolleksiyamı tamamladım".

Oxşar xəbərlər

Güləş millimiz Avropa ikincisi oldu - UĞUR
Güləşçilərimiz yenə qızıl medal qazandı
Daha iki güləşçimiz Avropa çempionu oldu
İdmançılarımız dünya çempionatında 17 medal qazandı
Şahmatçılarımız Avropa çempionatında birinci oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər