reklam
Gənc voleybolçularla görüş baş tutdu
Sportfm.az xəbər saytı

Gənc voleybolçularla görüş baş tutdu


Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov Gəncə Regional Voleybol Klubunun (GRVK) gənc və yeniyetmə oyunçuları ilə görüşüblər.

Sportfm.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində reallaşan toplantıda klubun rəhbəri Pərviz Qədirov, federasiyanın və GRVK-nın digər əməkdaşları da iştirak ediblər.

AVF rəsmiləri burada təşkil olunan məşqləri izləyiblər, GRVK-nın vəziyyəti, idmançılara yaradılan şərait ilə tanış olublar.

Onlar ölkədə voleybolun daha da inkişaf etdirilməsi istiqamətində görülən və nəzərdə tutulan işlər haqqında məlumat veriblər. Qonaqlar gənc və yeniyetmə voleybolçulara tövsiyələr veriblər, onlara bu yolda uğurlar arzulayıblar.

Oxşar xəbərlər

Federasiya prezidenti voleybolçularla görüşdü - FOTO
Voleybol millisinə baş məşqçi təyin olundu
Şərqi Zəngəzur komandası yoldaşlıq görüşü keçirib
Rəsmilər idmançılarla görüşdü - FOTO
Federasiya prezidenti voleybolçularla görüşdü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər