Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mayk Taysonu Bakıya gətirmək üçün hansı fəndə əl atılıb?
Bu il oktyabrın 1-dən 6-na qədər Bakıda Dünya Boksçu Şurasının (WBC) 55-ci illik konvensiyası keçiriləcək.
Sportfm.az xəbər verir ki, bu barədə təşkilatın prezidenti Maurisio Süleyman bildirib.
Bu tədbirin əvvəlcə Astanada keçirilməsi planlaşdırılmışdı. Amma WBC rəhbərliyi konvensiyanın keçiriləcəyi yeri dəyişdirib. Bildirilir ki, toplantıya WBC-nin tərkibinə daxil olan 165 ölkənin nümayəndələri qatılacaq. Təşkilatın saytında göstərilir ki, tədbirin yerinin Astanadan Bakıya dəyişdirilməsində Azərbaycanın idman və gənclər naziri Azad Rəhimovun rolu böyük olub.
Qazaxıstanda isə WBC-nin bu qərarından təəccüblənirlər. Qazaxıstan Boks Federasiyasının prezidenti Yerlan Bekxojin bildirib ki, bu qərar onun üçün anlaşılmaz sürpriz olub:
"WBC nümayəndələri şərtlərə baxmaq üçün Astanaya gəlmişdilər və hər şeydən razı qaldılar. Bizim aramızda razılaşma var idi, ancaq Maurusio hər şeydən əvvəl biznesmendi. Harda yaxşı şərt təklif etsələr, oranı seçir”.
O, bildirib ki, Qazaxıstan nümayəndə heyəti də Bakıdakı tədbirə qatılacaq:
"Situasiyaya sakit yanaşmaq lazımdı. Bu, biznesdi. Böyük faciə yoxdu. Bizim imicimizə zərər dəyməyib, biz konvensiyanı növbəti illərdə də keçirə bilərik”.
Qazaxıstan toplantını keçirmək üçün ötən il müraciət etmişdi və konvensiyanın keçirilməsi üçün Astana dekabr ayında seçilmişdi. Bu tədbirdə Qazaxıstan dünya boksunun ulduzları Floy-Meyvezeri, Mayk Taysonu və digərlərini qarşılamağa hazırlaşırdı. İndi isə belə məlum olur ki, həmin ulduzlar Bakıya gələcəklər(Komanda.az).
Oxşar xəbərlər
Bakıdakı Dünya Kubokuna 46 komanda qatılacaq
Hokkey üzrə dünya çempionatı Qazaxıstanda keçiriləcək
Bakıda Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının açılışı oldu
Azad Rəhmov:"Boks ulduzlarını Bakıya dəvət etmişik"
"Qarabağ" PAOK-u harda qəbul edəcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası