
"Qarabağ" PAOK-u harda qəbul edəcək?
Oktyabrın 20-də "Qarabağ" Yunanıstan təmsilçisi PAOK-u Bakıda qəbul edəcək. Sport7.az xəbər verir ki, bu qarşılaşma Avropa Liqasının "J" qrupunda 3-cü tur çərçivəsində keçiriləcək. "Slovan"la Mərdəkandakı "Dalğa Arena"da qarşılaşan təmsilçimizin PAOK-u hansı stadionda qəbul edəcəyi hələlik dəqiqləşməyib. Düzdü, Gənclər və İdman Nazirliyinin sözçüsü 2 gün əvvəl jurnalistləri Tofiq Bəhramovun adını daşıyan Respublika stadionuna dəvət etmiş və yenilənmiş qazonla bağlı məlumat vermişdi. Səmayə Məmmədova həmin gün verdiyi açıqlamada bildirmişdi ki, "Qarabağ"ın PAOK-u Respublika stadionunda qəbul etməsi üçün heç bir problem qalmayıb. Amma prosedur qaydalarına görə, Avropa Liqası çərçivəsində keçirilən qarşılaşmaların məkanını Azad Rəhimovun rəhbərlik etdiyi nazirlik yox, qitənin ali futbol qurumu olan UEFA müəyyənləşdirir. "Göteborq"la oyundakı ot örtüyünün vəziyyəti UEFA yetkililərinin də Respublika stadionuna diqqətli yanaşmasını qaçılmaz edib. Bu səbəbdən də PAOK-la oyunun həmin arenada keçirilməsi üçün UEFA-nın ot örtüyünə baxış keçirməsi və yekun qərarın verilməsi vacibdi. Hələki UEFA-nın səlahiyyətli nümayəndələrinin Bakıya gələcəyi tarix dəqiqləşməyib. Bir şey məlumdu ki, UEFA-nın təmsil edən nümayəndələr oktyabr ayında paytaxtımıza gələcəklər və məhz ondan sonra "Qarabağ" - PAOK qarşılaşmasının harda keçiriləcəyi məlum olacaq.

№ | Komanda | o | x |
1 | Qarabağ | 1 | 3 |
2 | Neftçi | 1 | 3 |
3 | Keşlə | 1 | 3 |
4 | Qəbələ | 1 | 1 |
5 | Zirə | 1 | 1 |
6 | Səbail | 1 | 0 |
7 | Sumqayıt | 1 | 0 |
8 | Sabah | 1 | 0 |
№ | Komanda | o | x |
1 | Araz | 17 | 51 |
2 | Marafon | 17 | 39 |
3 | EKOL | 17 | 39 |
4 | Neftçi İK | 17 | 36 |
5 | Baku Fire | 17 | 28 |
6 | Bakı TFK | 17 | 17 |
7 | Premier Quba | 17 | 14 |
8 | Record club | 17 | 13 |
9 | Xızı Futzal | 17 | 12 |
10 | Yasamal İSK | 17 | 5 |
№ | Komanda | o | x |
1 | Turan-Tovuz | 17 | 37 |
2 | Səbail-2 Zaqatala | 18 | 36 |
3 | Zaqatala | 17 | 35 |
4 | Sabah-2 | 18 | 32 |
5 | Neftçi-2 | 18 | 29 |
6 | Kəpəz | 18 | 28 |
7 | Keşlə-2 | 17 | 25 |
8 | Sumqayıt-2 | 17 | 24 |
9 | Qarabağ-2 | 17 | 24 |
10 | MOİK | 16 | 19 |
11 | Ağsu | 18 | 13 |
12 | Zirə-2 | 17 | 11 |
13 | Qaradağ Lökbatan | 18 | 7 |