Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azad Rəhmov:"Boks ulduzlarını Bakıya dəvət etmişik"
Oktyabrın 2-də Azərbaycanda ilk dəfə keçiriləcək WBC (Ümumdünya Boks Şurasının) Konvensiyasına 500-dək ən tanınmış peşəkar boksçu, hakim və digər rəsmi şəxs qatılacaq.
Sportfm.az xəbər verir ki,bu barədə AzTV-də yayımlanan "Günün nəbzi" verilişində Gənclər və İdman naziri Azad Rəhimov deyib.
A.Rəhimov bildirib ki, tədbirə dünya boksunun ulduzlarının qatılacağı gözlənilir: "Onların arasında Mayk Tayson, Evander Holifild və Entoni Coşua kimi dünya çempionları da yer ala bilər. Biz onları da dəvət etmişik ki, gəlsinlər, Bakı ilə tanış olsunlar. Nəticədə peşəkar boks həvəskarları da fikirlərini Azərbaycana yönəldəcəklər və paytaxtımızın yeni tamaşaçılarına çevriləcəklər".
Qeyd edək ki, Mayk Tayson və Evander Holifild artıq karyeralarını başa vurublar. Entoni Coşua isə aprelin 29-da Vladimir Kliçkoya qalib gələrək, 3 versiya üzrə dünya çempionu olub.
Oxşar xəbərlər
Dünya çempionu Mayk Taysonu döyüşə çağırdı
Mayk Tayson döyüşməyə razılıq verdi - Xeyriyyə məqsədi ilə
57 yaşlı boksçu runqə qayıdır
"Kasıb boksçular böyük nəticələr əldə edir" - Mayk Tayson
Məşhur boksçu karyerasını bitirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası