reklam
“Qarabağ”ın rəqibi transfer büdcəsini artırdı
Sportfm.az xəbər saytı

“Qarabağ”ın rəqibi transfer büdcəsini artırdı


“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan Portuqaliya klubu “Braqa” transfer büdcəsini artırıb.
Sportfm.az xəbər verir ki, rəhbərlik baş məşqçi Artur Jorjeyə daha geniş imkanlar yaradıb.

Komandanın həm Portuqaliya çempionatındakı uğurlu çıxışını, həm də avrokuboklarda mübarizəni davam etdirdiyini nəzərə alan klubun sahibi “Qatar Sports Investments” şirkəti daha çox maliyyə ayırmaq qərarına gəlib. Yeni yatırıma əsasən, rəhbərlik qış və yay fasilələrində heyəti gücləndirə biləcək.

Qeyd edək ki, Portuqaliya çempionatında 15 turdan sonra 32 xalla dördüncü pillədə qərarlaşan “Braqa” liderdən cəmi 5 xal geri qalır. “Qarabağ” bu komanda ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.

Oxşar xəbərlər

“Qarabağ” büdcəsini bu qədər zənginləşdirdi
"Braqa" qələbə qazandı - Portuqaliya çempionatı
"Qarabağ"ın rəqibi 5 qolla uduzdu - Portuqaliya çempionatı
“Qarabağ”ın rəqibi Liqa Kubokunda finala yüksəldi
“Braqa”dan növbəti qələbə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər