reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın rəqibi 5 qolla uduzdu -Portuqaliya çempionatı


"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında 21-ci tur oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, komanda səfərdə "Sportinq"lə qarşılaşıb. Matçda "Sportinq" "Braqa"nı darmadağın edib - 5:0.

Hazırda turnir cədvəlində "Braqa" 40 xalla 4-cüdür. Sıralamaya 52 xalla "Sportinq" liderlik edir.

"Braqa" növbəti oyununu "Qarabağ"a qarşı keçirəcək. Ağdam təmsilçisi ilə "Braqa" arasında ilk oyun fevralın 15-də Portuqaliyada, cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.

"Sportinq" - "Braqa" - 5:0

Qollar: Trinçao, 8, Quareşma, 18, Qyökeres, 71, Braqança, 73, Santos, 85

Oxşar xəbərlər

"Braqa" qələbə qazandı - Portuqaliya çempionatı
"Qarabağ" "Braqa"ya qarşı - Avropa Liqası
"Qarabağ"ın rəqibi "Benfika"ya uduzdu
“Braqa”dan növbəti qələbə
"Qarabağ"ın rəqibi qələbə qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər