reklam
Sportfm.az xəbər saytı

"Braqa" qələbə qazandı -Portuqaliya çempionatı


"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında 22-ci tur oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, komanda evdə "Farense" ilə qarşılaşıb. Matç "Braqa"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda "Braqa" 43 xalla 4-cüdür. Artur Jorjenin komandası lider "Benfika"dan 12 xal geri qalır.

Qeyd edək ki, "Braqa" növbəti oyununu səfərdə "Qarabağ"a qarşı keçirəcək. Fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq cavab görüşü saat 21:45-də başlayacaq. Bu komandalar arasında Portuqaliyada keçirilən ilk matç Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

"Braqa" - "Farense" - 2:1

Qollar: Banza, 62, Ndour, 85 - Belloumi, 74

Oxşar xəbərlər

Tarixi matç - "Qarabağ" "Braqa"ya qarşı - YENİLƏNİR
"Qarabağ"ın rəqibi 5 qolla uduzdu - Portuqaliya çempionatı
"Qarabağ"ın rəqibi "Benfika"ya uduzdu
“Braqa”dan növbəti qələbə
"Qarabağ"ın rəqibi qələbə qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər