reklam
Çinin şahmat çempionu titulundan məhrum edildi -
Sportfm.az xəbər saytı

Çinin şahmat çempionu titulundan məhrum edildi -İictimai asayişi pozdu


Çin Şahmat Federasiyası yersiz davranışına və ictimai asayişi pozduğuna görə 48 yaşlı şahmatçı Çjan Çenlunu Çinin çempionu titulundan məhrum edib.
Sportfm.az xəbər verir ki, Çinin şahmatı dünyası, dələduzluq ittihamları fonunda kobud davranışına görə şahmatçının çempionluq titulundan məhrum edilməsi ilə bağlı böyük qalmaqaldan sarsılıb.

Ötən həftə Çjan Çenlun Çinin “Syansi” şahmat çempionatının qalibi olub. Lakin Çin Şahmatı Federasiyası (CXA) bazar ertəsi günü "yersiz davranışına" və "ictimai asayişi pozduğuna" görə onun titulundan məhrum edilib.
Dekabrın 17-də qazandığı qələbədən sonra Çjanın başqaları ilə birlikdə otel otağında spirtli içki içib və ictimai qaydalara və əxlaq normalarına zidd olaraq, otelin əmlakına ziyan vurub.

CXA-nın qeyd etdiyinə görə, Ç.Çenlun bir il müddətinə yarışlardan kənarlaşdırılacaq, onun bu il qazandığı mükafatlar isə müsadirə ediləcək.

Çin şahmatı hər Asiya ölkəsində fərqli ada malik olsa da, olduqca populyardır. Ona “fillərdən ibarət şahmat taxtası” da deyilir. Klassik şahmatdan fərqli olaraq, bu oyunda ənənəvi olaraq üzəri simvollarla işarələnmiş piyadalarla oynanılır, onlar xanalara yox, lövhənin şəbəkə ilə kəsişməsinə düzülür.

Oxşar xəbərlər

Məəhşur boksçunun titulu əlindən alındı
Davranışına görə cəza aldı - 2 oyun
Nurməhəmmədova şok cəza: bir daha döyüşə bilməyəcək və 2 milyon dollar... - VİDEO
Nurməhəmmədov çempion kəmərindən məhrum ediləcəkmi? - UFC-nin prezidenti açıqladı
"Neftçi"ni məğlub edən komanda tituldan məhrum edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər