reklam
Futbolçularımız qrup qalibi oldular
Sportfm.az xəbər saytı

Futbolçularımız qrup qalibi oldular


Qadın futbolçulardan ibarət Azərbaycan millisi Millətlər Liqasında növbəti matçına çıxıb.

Sportfm.az xəbər verir ki, C3 qrupunda Kiprlə qarşılaşan yığmamız rəqibini məğlub edərək vaxtından əvvəl qrup qalibi adını qazanıb. Limassol şəhərində keçirilmiş matçda yığmamız minimal hesabla qalib gəlib. Millimizin kapitanı Sevinc Cəfərzadə penaltidən istifadə edə bilməyib. Üstəlik, yığmamız oyunu 10 nəfərlə başa vurub.

Kipr – Azərbaycan 0:1
Qol: Diana Məmmədova, 8

İstifadə edilməmiş penalti: Cəfərzadə 79.
Qırmızı vərəqə: Mollayeva, 87 (ikinci sarıdan sonra).

Azərbaycan bundan əvvəl Kipr (1:1), Monteneqro (1:0, 3:0) və Farer adaları (2:1) ilə oynayıb. Beləliklə, C divizionundan B divizionuna keçən millimiz vaxtından əvvəl qrupda birinci yeri tuta bilib.

Oxşar xəbərlər

Milli komandamızdan ardıcıl 5-ci qələbə
Millimiz qrupda son matçına çıxır - Millətlər Liqası
Azərbaycanın qadın millisi qalib gəldi - Millətlər Liqası
Azərbaycan millisinin heyəti açıqlandı - SİYAHI
Millimiz Kiprlə bərabərə qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər