reklam
Azərbaycanın qadın millisi qalib gəldi -
Sportfm.az xəbər saytı

Azərbaycanın qadın millisi qalib gəldi -Millətlər Liqası


Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında 4-cü turun oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, Siyasət Əsgərovun komandası C Liqasının 3-cü qrupunda Monteneqro ilə qarşılaşıb. “Dalğa Arena”da keçirilən oyun Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Mana Mollayeva (58-ci dəq), Nazlıcan Parlak (62) və Ayşən Əhmədova (84) vurublar.

Bu komandaların Monteneqroda keçirilən ilk görüşündə də yığmamız qalib gəlmişdi (1:0).

Qeyd edək ki, Azərbaycan millisi bu qələbə sayəsində xalını 10-a (4 oyun) yüksəldib və liderliyini gücləndirib. Monteneqro isə 4 oyundan 6 xalla 2-cidir. Kipr 3 oyundan 3 xalla 3-cü, Farer adaları (0 xal) 4-cü yerdədir.

Azərbaycan - Monteneqro - 3:0

Qollar: Manə Mollayeva, 58, Nazlıcan Parlak, 62, Ayşən Əhmədova, 84

Oxşar xəbərlər

Azərbaycan qadın millisi irəli getdi
Azərbaycan millisi Farer adalarına qarşı - Millətlər Liqası
Azərbaycan millisinin heyəti açıqlandı - SİYAHI
Azərbaycan yığması Monteneqroya qalib gəldi
Azərbaycan millisi Monteneqroya qarşı - Millətlər Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər