Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Sabah”ın legioneri 100-ə çatdı
“Sabah”ın futbolçusu Davit Volkov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Sportfm.az xəbər verir ki, gürcüstanlı hücumçunun yubileyi Premyer Liqanın 15-ci turuna təsadüf edib.
“Turan Tovuz”la səfər görüşündə sonradan meydana çıxan gürcü legioner 100-cü qarşılaşmasını keçirib. Onun hesabında 30 qol var.
Volkov Premyer Liqada 2019-cu ilin əvvəlində debüt edib. O, “Qəbələ”də 27 (7 qol), “Zirə”də 58 (20 qol) və “Sabah”da 15 (3 qol) oyunda meydanda olub.
“Sabah” səfər matçında 1:0 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
Qismət 150-yə çatdı
İordaniyalının Azərbaycanda 50-ci oyunu
Volkov Azərbaycan çempionatında 100-cü oyununa çıxdı
"Qəbələ"də 100-cü oyunu - Elmar Baxşıyev
"Sabah"ın legioneri üçün əlamətdar matç
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası