reklam
“Araz-Naxçıvan”dan 100-cü qol
Sportfm.az xəbər saytı

“Araz-Naxçıvan”dan 100-cü qol


“Araz-Naxçıvan” Azərbaycan çempionatlarında 100-cü qolu buraxıb.
Sportfm.az xəbər verir ki, bu, Misli Premyer Liqasının 12-ci turuna təsadüf edib.
“Sumqayıt”la səfər görüşünə qədər 99 top buraxan Muxtar Respublika təmsilçisi 0:2 hesabı ilə uduzub. Hesabı açan Rövlan Muradov qonaqları məyus edən 100-cü qolun müəllifi olub.

Bu, “Araz-Naxçıvan”ın 54-cü oyununa təsadüf edib. 54 qol vuran komanda artıq 101 qol buraxıb.

Qeyd edək ki, Naxçıvan təmsilçisi ilk qolu 2000-ci il avqustun 5-də “Qarabağ”la görüşdə buraxıb. Ağdamlılara 1:0 hesablı qələbə qazandıran topu Təbriz Həsənov vurub.

Oxşar xəbərlər

“Sabah” səfərdə 100-cü qolu buraxdı
“Araz-Naxçıvan”ın futbolçusunun 25-ci qolu
Bombardirdən yubiley qolu
“Araz-Naxçıvan” 50-ci qolunu vurdu
“Sumqayıt”da 350-ci qol - Azərbaycan çempionatları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər