Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Mən də dedim ki, 100 manat bonus olacaq" -Qurban Qurbanov
"Qarabağ" Azərbaycan Premyer Liqasının 12-ci turunda öz meydanında "Kəpəz"i 7:1 hesabı ilə məğlub edib.
Sportfm.az xəbər verir ki. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. Bəzi fikirlərimiz var idi. Meydanda bunlardan istifadə etməyi çox istəyirdik. Çox olmasa da, alınan epizodlar oldu. Son vaxtlar komandada psixoloji gərginlik var idi. Amma toparlana bilmişdik. Komandamı təbrik edirəm. Azərə və "Kəpəz"ə uğurlar arzulayıram.
- Andrey Lunyov və Mateus Silvanın "Bayer"ə qarşı oynamaq şansı var?
- Mateus tam hazır olmayacaq. 23 lükdə yer ala bilər. Amma Lunyovun hazır olma ehtimalı çoxdur. Sabahdan komanda ilə məşqlərə başlayacaq. Görək həkimlər nə deyəcək.
- "Kəpəz" ən titullu klublarımızdandır. Onların hazırkı durumu sizə necə təsir edir?
- Turnir cədvəlinə baxanda, əlbəttə, xoş deyil. Amma futbolda belə nəticələr olur. Bundan sonra uğurlu oyun oynasalar, hər şey tam əksinə ola bilər. Azərə inanıram. Tez bir zamanda Allah qoysa, yaxşı nəticələr əldə etməsi gözlənilir. İlk matçda onlarla 1:1 oynamışdıq, "Kəpəz" "Neftçi"yə qalib gəlmişdi, "Sabah"la bərabərə qalmışdı. Çempionluq uğrunda oynayan komandalardan xal alıblar. Deməli, onların potensialı var. Uğursuzluq zolağıdır. Çıxacaqlar.
- Yassin Benzia ilk het-tririkinə imza atdı. Bu amil onun performansına necə təsir edər?
- Futbolçu nə qədər çox qol vursa, asist etsə, ona inam verir, həvəsləndirir. Bura gələnə qədər paltardəyişmə otağında onun söhbəti oldu. Futbolçular dedi ki, Benzina ilk dəfə het-tririk etdi. Mən də dedim ki, 100 manat bonus olacaq. Güldülər. Sevindirici haldır. Amma bir az çox mükafat verəcəm. Het-trik etməyin hansısa futbolçuya müsbət təsiri olur, kiməsə mənfi. Amma Benzia təcrübəlidir. Onun yaxşı formaya düşməsi üçün qolların faydası olacaq. Təbrik edirəm onu.
- Zədəliləriniz bu mövsüm daha çox olur. Bu, sizi düşündürür?
- Səbəbi yoxdur. Sadəcə yüklənmələr çoxdur. Hansısa dözür, hansısa yox. Bu mövsüm ciddi zədə Marko Veşoviçdə olub. Abbas Hüseynov ötən mövsümdən zədəli idi. Digər zədəlilərimiz qaydasına düşür. Mateus da sabahdan komandaya qoşulacaq. Fubtolun silinməyən qaydalarıdır. Ya hazırlıqsızlıqdan olur, ya da yüklənmədən. Birinciyə görə olsaydı, nmarahat olardım. Amma yüklənmələrdəndir. İşimizi daha da ehtiyatlı tutmalıyıq. Bəzən risklərə də gedirik.
- Qarşıda sizi "Bayer"lə oyun gözləyir. Komandadan səfərdəkindən daha yaxşısını gözləmək olar?
- Güc olaraq "Bayer" bizdən çox yuxarıdadır. Çempionat və heyəti, klub olaraq çox ciddi addımlar atıblar. Nəticəsini də görürlər. Dəfələrlə istəmişik ki, belə rəqiblərə qarşı yaxşı oynayaq. Bizim də buna şansımız var. Bakıda doğma stadionumuzda oradakı matçdan daha yaxşı oynamağa çalışacağıq. Bu cür komandalar istənilən matça nəticəni təmin etsələr də, tam ciddi yanaşırlar. Ciddi oyun gözləyir bizi. Çox istəyirik ki, bu rəqibə qarşı daha aktiv, daha yaxşı oyun göstərəək. Rəqib nə qədər buna imkan verəcək, bunu da nəzərə alacağıq. İnanıram ki, oradakı oyundan daha yaxşısını Bakıda göstərəcəyik.

Oxşar xəbərlər
"Bir az narahatlığım var idi" - Qurban Qurbanov
"Amma onun potensialı bu deyil" - Qurban Qurbanov
Qurban Qurbanov 2023-cü ildə qazanılan uğurdan danışdı
"Özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq" - Qurban Qurbanov
Qurban Qurbanov: Rəqibin fikri bizi maraqlandırmır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin