Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan çempionatlarında açılış mərasiminin vaxtı açıqlandı
Voleybol üzrə Azərbaycan çempionatlarının 2023/2024 mövsümündə açılış mərasiminin və ilk oyunun vaxtı açıqlanıb.
Sportfm.az xəbər verir ki, yarışın açılış mərasimi noyabrın 6-da, saat 15:45-də Bakı İdman Sarayında baş tutacaq.
Bunun ardından ilk oyun keçiriləcək. Həmin qarşılaşma qadınlardan ibarət “Azərreyl” və “Abşeron” arasında olacaq. Mərkəzi görüş olaraq müəyyənləşdirilən, V turun bu matçı saat 17:00-da başlayacaq.
Qeyd edək ki, yeni mövsümdə Azərbaycan çempionatlarında 6 qadın, 6 kişi komandası iştirak edəcək. Reqlamentə əsasən hər iki çempionat 4 dövrədən ibarət olacaq və oyunlar dairəvi sistem üzrə keçiriləcək. İlk 4 pilləni tutacaq komandalar pley-off mərhələsinə yüksələcəklər. Orada 2 oyun (tərəflər hərəsi bir qələbə qazanarsa və setlər bərabər olarsa, "qızıl set" oynanılacaq), final və üçüncü yer uğrunda isə 1 qarşılaşma keçiriləcək.
Qadınlar: “Abşeron”, “Azərreyl”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, “Murov Az Terminal”, UNEC.
Kişilər: “Azərreyl”, “Xarı Bülbül" (Laçın), “Xarı Bülbül" (Şuşa), MOİK, “Murov Az Terminal”, “Neftçi”.

Oxşar xəbərlər
“Gəncə” və “Azərreyl”dən qələbə
Voleybolçular arasında Azərbaycan birinciliyi keçiriləcək
“Neftçi” uduzdu, “Xarı Bülbül” qalib gəldi
Oyunların vaxtı açıqlandı - Azərbaycan çempionatında
Yeni mövsümün püşkü atıldı - Azərbaycan çempionatları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası