reklam
Azərbaycan klubu “Yuventus” və “Liverpul”la bir arada
Sportfm.az xəbər saytı

Azərbaycan klubu “Yuventus” və “Liverpul”la bir arada


Sportfm.az xəbər verir ki, iyunun 16-da Avstriyada start götürəcək futbol turnirində Azərbaycan klubu da iştirak edəcək. Bir müddət öncə Türkiyədə düzənlənən seçmə mərhələnin qalibi olan "Vətən” FK-nın 10 yaşlılardan ibarət komandası, "Yuventus” və "Liverpul”un yer aldığı turnirdə ölkəmizi təmsil etmək hüququ qazanıb. Avropanın 100-dən artıq klubunun iştirak edəcəyi turnir Avstriyanın paytaxtı Vyana şəhərində baş tutacaq. "Vətən”FK-nı Avstriyaya aparacaq məşqçi Samir Əbdürəhmanov saytımıza açıqlamasında bunları bildirdi:”İyunun 15-də Vyanaya yola düşürük. Nəticədən asılı olmayaraq, onu deyə bilərəm ki, kiçikyaşlı futbolçularımız üçün böyük təcrübə olacaq”. 
Qeyd edək ki, turnir üç gün davam edəcək, "Vətən” FK Bakıya iyunun 19-da qayıdacaq. 

Oxşar xəbərlər

Samir Əbdürrəhmanov 35! - Bu gün onun ad günüdür
Rusiya klubundan azərbaycanlı məşqçiyə təklif var - ÖZƏL
"Vətən"in məşqçisi Rusiya "Lokomotiv"ində - FOTOLAR
"Kiçik dünya çempionatı"nda iştirak edən məşqçimiz:"Biz onlardan 20-25 il geri qalırıq"
Azərbaycan klubu “Atletiko” ilə bir qrupda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər