reklam
Sportfm.az xəbər saytı

"Xırdalan" və "NTD-İndiqo" çempionata qələbə ilə başladı


"Xırdalan" və "NTD-İndiqo" klubları Azərbaycan çempionatına qələbə ilə başlayıblar.
Sportfm.az xəbər verir ki, adı çəkilən komandalar Azərbaycan Basketbol Liqasının I turunda rəqiblərini məğlub ediblər.

"Xırdalan" "Sərhədçi" İdman Mərkəzində baş tutan görüşdə "Şəki" klubunu üstələyib - 102:78. "Xırdalan"dan Cakori Arçi (29 xal, 7 ribaund), "Şəki"dən isə Pol Dibal (33 xal, 20 ribaund) qarşılaşmanın ən məhsuldar basketbolçuları olublar.

Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən "NTD-İndiqo" - "Sumqayıt" oyunu isə meydan sahibinin 97:79 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular "NTD-İndiqo"dan Qriffin Remmi (22 xal, 7 assist), "Sumqayıt"dan Tayrey Rendall (23 xal, 3 assist) olublar.

Qeyd edək ki, I tura sabah keçiriləcək "Gəncə" - "Sabah" matçı ilə yekun vurulacaq.

Oxşar xəbərlər

“Xırdalan” “NTD-İndiqo”ya qalib gəldi - Basketbol Liqası
Masazır təmsilçisi liderliyini qorudu
Azərbaycan Kubokunun təqvimi açıqlandı
“Xırdalan” qələbə qazandı
"Xırdalan" qələbə qazandı - Basketbol Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər