reklam
“Bayer”in futbolçusunun qolu ən yaxşı seçilə bilər
Sportfm.az xəbər saytı

“Bayer”in futbolçusunun qolu ən yaxşı seçilə bilər


Almaniyanın “Bayer” klubunun futbolçusu Viktor Bonifasenin UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a vurduğu qol 3-cü turun ən yaxşısı seçilə bilər.

Sportfm.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı hücumçunun Leverkuzendə keçirilən matçın 35-ci dəqiqəsindəki qolu bu mükafata 4 namizəddən biridir.

Lukas Paketa (“Vest Hem”, İngiltərə), Maqnus Volf Eykrem (“Molde”, Norveç) və Eduardo Bovenin (“Roma”, İtaliya) vurduqları qollar da ən yaxşı seçilə bilər.

Həftənin qolu UEFA-nın rəsmi saytında aparılan səsvermə nəticəsində müəyyənləşəcək.

Leverkuzendə keçirilən “Bayer” – “Qarabağ” oyunu almanların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

UEFA "Qarabağ"ın "Braqa"ya vurduğu qolu paylaşdı
“Bayer”in bombardiri “Qarabağ”la oynamayacaq
Həftənin ən yaxşısı adına namizədlər - Avropa Liqası
Həftənin ən yaxşısı adına namizədlər - Avropa Liqası
Emrelinin qolu ən yaxşı seçilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər