Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Bayer”in bombardiri “Qarabağ”la oynamayacaq
"Bayer"in futbolçusu Viktor Bonifas Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a qarşı oynaya bilməyəcək.
Sportfm.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 23 yaşlı hücumçu ötən ay zədələnib və hələ də komandaya qoşulmayıb. Viktorun aprel ayınadək yaşıl meydanlara qayıtmayacağı bildirilib. Bu da o deməkdir ki, Bonifas "Qarabağ"la hər iki oyunu buraxacaq.
Digər zədəli futbolçu - argentinalı yarımmüdafiəçi Ezekiel Palasios isə "Qarabağ"la matçlara qədər tam sağalacaq.
Qeyd edək ki, "Qarabağ"la "Bayer" arasında ilk oyun martın 7-də Bakıda, cavab görüşü isə martın 14-də Leverkuzendə olacaq. "Bayer" "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Almaniya klubu Leverkuzendə 5:1, Bakıda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrup lideri kimi 1/8 finala, "Qarabağ" isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib. Bonifas isə qrup mərhələsindəki hər iki görüşdə fərqlənib.

Oxşar xəbərlər
"Bayer" - "Qarabağ" - Avropa Liqası
“Qarabağ” – “Bayer” matçını fransalı idarə edəcək
Köhnə-təzə rəqib "Bayer" - 1/8 finalın püşkü atıldı
“Qarabağ” “Bayer”ə qarşı – Avropa Liqası
“Qarabağ”ın rəqibi yoxlama oyunu keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Röyal Nəcəfov "Baku Sportinq"dən getdi - Açıqlama
-
Ulduz futbolçu narkotikə görə saxlanıldı - HADİSƏ
-
"Qarabağ"ın forması ÇL-in finalı öncəsi sərgilənir - FOTO

Misli Premyer Liqası