Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Turan Tovuz" və "Zaqatala" Premyer Liqada olmayacaq!
Bu gün AFFA Lisenziya Komissiyasının iclası keçirilib.
Sportfm.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, baş tutan iclasda 2017/18 mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş klubların ərizələrinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2016) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"İnter” PİK, "Qarabağ" FK, "Qəbələ" İK, "Neftçi" PFK, "Sumqayıt” FK, "Zirə” PFK
2. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Kəpəz” PFK, "Səbail” PFK
3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
AZAL PFK, "Mil-Muğan” FK, MOİK PFK, "Turan Tovuz” PFK, "Qaradağ-Lökbatan” FK, "Zaqatala” FK.
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
Qeyd:
1. "UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları"n (Buraxılış 2016) 13-cü maddəsinə müvafiq olaraq, 2017/18 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış olur.
2. "Zirə” PFK-nın müraciətinə baxılərkən UEFA-nın müvafiq qərarı AFFA-nın Lisenziya Komissiyası tərəfindən nəzərə alınmışdır.
Oxşar xəbərlər
AFFA 6 kluba lisenziya verdi - Avrokuboklar üçün
“Araz-Naxçıvan” və “Zaqatala” Premyer Liqada iştirak üçün lisenziya aldı
İki klub avrokuboklara buraxılmadı - Qərar
Gəncə və Tovuz yenə futbolsuz qaldı
Lisenziya alan klubların adları açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mingəçevirdə Ramiz Məmmədovu istəmirlər - "İstefa" şüarları
-
"Karvan-Yevlax"ın legionerləri milliyə çağırıldı
-
Xüsusi Olimpiya Komitəsi ilə Cüdo Federasiyası memorandum imzaladı
-
Aşağı Divizion klubları da UEFA-da "pay" alacaq - gəlir bölgüsü dəyişir
-
Belçikadan millimizə 11 qol - Avropa çempionatı
-
“Neftçi”, “Araz-Naxçıvan” və “Şuşa”dan qələbə - Yüksək Liqa















Misli Premyer Liqası