reklam
AFFA 6 kluba lisenziya verdi -
Sportfm.az xəbər saytı

AFFA 6 kluba lisenziya verdi -Avrokuboklar üçün


AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda 2024/2025-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Azərbaycan Premyer Liqasında və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Qarabağ” FK, “Neftçi” PFK, “Sabah” FK, “Sumqayıt” FK, “Turan Tovuz” PFK İB, “Zirə” PFK.

2. UEFA-nın qadınlar arasında Çempionlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Neftçi” PFK, “Sumqayıt” FK.

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Araz-Naxçıvan” PFK, “Kəpəz” PFK İB, “Qəbələ” İK, “Səbail” PFK.

4. AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Araz-Naxçıvan” PFK, “Qəbələ” İK.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Azərbaycan futbol klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 14-cü maddəsinə müvafiq olaraq, 2024/2025-ci illər mövsümündə aşağıda göstərilən lisenziyaları alımış klublar avtomatik olaraq digər lisenziya(ları)nı əldə etmiş hesab olunur:
• UEFA-nın kişilər arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqası və 1-ci Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.
• Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün 1-ci Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.
• UEFA-nın qadınlar arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm AFFA Yüksək Qızlar Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.

Cari mövsüm 1-ci Liqa və 2-ci Liqa yarışlarında, həmçinin AFFA Yüksək Qızlar Liqasında iştirak edən və ərizə ilə muraciət edən digər klubların ərizələrinə mayın 27-də baxılacaq və müvafiq qərarlar qəbul olunacaq.

Oxşar xəbərlər

“Araz-Naxçıvan” və “Zaqatala” Premyer Liqada iştirak üçün lisenziya aldı
İki klub avrokuboklara buraxılmadı - Qərar
Gəncə və Tovuz yenə futbolsuz qaldı
Lisenziya alan klubların adları açıqlandı
"Turan Tovuz" və "Zaqatala" Premyer Liqada olmayacaq!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər