reklam
Rusiya beynəlxalq yarışlarda iştirak etməyəcək -
Sportfm.az xəbər saytı

Rusiya beynəlxalq yarışlarda iştirak etməyəcək -İcazə qərarı ləğv edildi


UEFA Rusiyanın 17 yaşadək oğlan və qızlardan ibarət milli komandalarının beynəlxalq yarışlarda iştirakına icazə verməsi barədə qərarını ləğv edib.
Sportfm.az xəbər verir ki, bu haqda UEFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

UEFA rusiyalıları turnirlərə buraxmaq üçün texniki imkan tapmağın mümkün olmadığını bəyan edib.

Qeyd edək ki, sentyabrın 26-da UEFA gənc oğlan və qızlardan ibarət Rusiyanın futbol üzrə yığma komandalarına beynəlxalq turnirlərdə iştirak etməyə icazə verib. Bundan sonra 9 ölkə UEFA-nın qərarına məhəl qoymayacaqlarını və rusiyalı futbolçularla oynamayacaqlarını bəyan ediblər.

Oxşar xəbərlər

Ukrayna rusları yaşıl meydanda görmək istəmir
Ruslar yenidən qayıdır - Nələr olacaq?
Bu ölkələr Rusiya ilə oyunları boykot etdi
Ukrayna Futbol Federasiyası UEFA-ya etiraz etdi - Rusiyalı hakimə görə
"Rusiyanın komandaları tezliklə beynəlxalq arenada oynaya biləcəklər” - UEFA rəsmisi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər