• 16:27 Bazar ertəsi
    2 Oktyabr 2023
  • OLİMPİZM
  • Voleybol
  • Futbol
  • Güləş
  • Cüdo
  • Boks
  • Futzal

  • Uşaq futbolu
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
    • Footvolley
    • Teqball
reklam
reklam
Tovuzda voleybol klubu fəaliyyətə başladı -

Tovuzda voleybol klubu fəaliyyətə başladı - FOTO

Tovuzda yeni yaradılan “Tovuz” Regional Voleybol Klubunun təqdimat mərasimi keçirilib.

Sportfm.az xəbər verir ki, mərasimdə yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma, milli komandamızın voleybolçusu Polina Rəhimova, Voleybol Federasiyasının nümayəndəsi Məftun Salmanov, “Tovuz” Regional Voleybol Kubunun rəhbəri Hüseyn Əhmədov, idman ictimaiyyətinin nümayəndələri, valideynlər və voleybolçular iştirak ediblər. Hüseyn Əhmədovun açılış nitqindən sonra çıxış edən Şahin Çatma bölgələrdə klubların yaradılmasının, uşaq və yeniyetmələrin buradakı kimi ideal şəraitlə təmin olunmasının vacibliyini xüsusi vurğulayıb. Çıxışlardan sonra klubun ixtiyarına verilən Tovuz Olimpiya İdman Kompleksinin idman zalında Polina Rəhimova ilə voleybolçular arasında görüş keçirilib. Voleybolda ilk addımlarını atan uşaq və gənclərə öz tövsiyələrini verən milli üzvü onlara hədiyyələr paylayıb, xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki, bir ay əvvəl təsis olunan klub, ilk olaraq seleksiya işlərini həyata keçirib. 10 yaşdan yuxarı oğlan və qızların seçimlərindən sonra oğlan və qızlardan ibarət 2 yaş qrupu üzrə komandalar formalaşdırılıb. Tovuz Olimpiya İdman Kompleksində baş məşqçi Gülər Əhmədova, məşqçilər Sadıq Hümmətov və Elnur İbrahimovun rəhbərliyi altında həftənin 5 günü məşqlər həyata keçirilir. İdman zalı məşqlərin yüksək səviyyədə keçirilməsi üçün beynəlxalq standartlara cavab verən, son texnologiya - “Terafleks” örtüyü ilə təchiz olunub. Voleybolçular keyfiyətli məşq proqramının həyata keçirilməsi üçün bütün lazımi avadanlıq və inventarlarla təmin olunublar.

Klub rəhbəri Hüseyn Əhmədov məqsədlərinin voleybolun bölgədə populyarlaşması, gələcəkdə isə peşəkar səviyyədə komandanın qurulması olduğunu qeyd edib: “İşin başındayıq. Başlıca məqsədimiz uşaq və gəncləri sağlam həyat tərzinə, idmana yönləndirməkdir. Tovuzada bütün idman növləri üçün böyük potensial və maraq var. Artıq rayonumuzun idman ictimaiyyəti ilə bir neçə görüş keçirmişik. Sevindirici haldır ki, bizim ideyamıza dəstək günü-gündən artır. Qısa müddət ərzində 2 yaş qrupu üzrə komanda formalaşdırdıq. Sıralamıza qoşulmaq istəyənlərin sayı artır. Sevindiricidir ki, qızların da bu idman növünə kifayət qədər marağı var. Qeyd etdiyim kimi, yeni başlamışıq, böyük planlarımız, məqsədlərimiz var. Məqsədlərə çartmaq üçün pillə-pillə irəliləyəcəyik. Tək Tovuz şəhərində yox, bölgəmizdəki bütün şəhər və kəndlərdən olan istedadlı, voleybola marağı olan uşaqları cəlb edəcəyik. Kütləviliyə nail olmağı hədəfləyirik. Düşündüyüz kimi yola davam etsək, yaxın vaxtlarda bunun bəhrəsini görəcəyik. Bu işdə bizə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Voleybol Federasiyasından gələn qonaqlarımız da yaradılan şəraitdən və ən əsası işə yanaşmamızdan çox razı qaldılar”.

Milli komandamızın üzvü Polina Rəhimova da bölgələrdə belə klubların sayının çox olmasının vacibliyindən danışıb: “İlk öncə dəvət üçün təşəkkürümü bildirirəm. İlk dəfədir Tovuzda oluram. Bura çox xoşuma gəldi. Bundan öncə Şəki və Gəncədə oldum. Açığı bölgələrdə potensialın yüksək səviyyədə olduğunu gördükdə yaxşı mənada təəccübləndim. İlk addımlar atılsa da istedadlı uşaqlar, inkişaf üçün böyük perspektiv var. Əgər biz hamımız düzgün yanaşma ilə işimizi görsək yaxşı nəticə əldə edəcəyik. Ümid edirəm ki, növbəti səfərim zamanı burada daha da böyük işlərin həyata keçirildiyinin şahidi olacağam. Özüm Ukraynadan olsam da, mənim həyatıma qatdıqlarına görə hər zaman Azərbaycana minnətdar olacağam. Bunun üçün də voleybolumuzun inkişafında iz qoymaq, tarixin bir parçası olmaq istəyirəm. Yerli voleybolçu cəhətdən çatışmazlıqlarımız var. Bu çox vacib məqamdır. İstərdim ki, milli komandalarımızda yerli voleybolçuların sayı çox olsun və Azərbaycan bayrağı yerli idmançıların əlində beynəlxalq yarışlarda daim zirvələrə qalxsın. Hündürboy insanlarımız, güclü genetikamız var. Sadəcə düzgün seleksiya ilə bölgələrdə olan belə uşaqları tapıb voleybolumuza qazandırmaq üçün səylə çalışmaq lazımdır”.скачать dle 10.4 UTF-8Forex для начинающих

10-09-2023, 17:28
108
REKLAM
Biz İzləyin
Bizi Telegram-da oxuyun və İzləyin.
Bizi Twitter-da oxuyun və İzləyin.
Bizi İnstagram-da oxuyun və İzləyin.
Bizi Facebook-da oxuyun və İzləyin.
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
30-08-2023, 14:36
Rəsmilər idmançılarla görüşdü -
Rəsmilər idmançılarla görüşdü - FOTO
7-06-2017, 09:55
Polina Rəhimova:
Polina Rəhimova: "Fənərbaxça"nın üzvü olduğum üçün xoşbəxtəm"
3-05-2017, 15:40
AZAL fəaliyyətini dayandırdı - BƏYANAT
AZAL fəaliyyətini dayandırdı - BƏYANAT
6-01-2017, 14:11
Bakıda cüdo üzrə beynəlxalq seminar keçirilir
Bakıda cüdo üzrə beynəlxalq seminar keçirilir
24-12-2016, 13:55
Faiq Qarayev:
Faiq Qarayev:"Səylə çalışmaq lazımdı"
  Xəbər lenti
“Baku Sportinq” – “Şəmkir” matçının vaxtı bilindi - II Liqa 2.10.2023, 14:05
Millimizin üzvü Rumıniyada “gümüş” qazandı 2.10.2023, 13:58
V turun təyinatları açıqlandı - II Liqa 2.10.2023, 12:44
Azərbaycan Premyer Liqasında yeni rekordlar 2.10.2023, 12:25
Şamaxıda futbol festivalı keçirildi - UEFA 2.10.2023, 12:10
Sadıqovun yubiley oyunu 2.10.2023, 11:40
"Qarabağ" "Neftçi"nin rekordunu təkrarladı - Misli Premyer Liqası 2.10.2023, 11:00
“Sabah” ilk oyununa çıxacaq - FİBA Avropa Kuboku 2.10.2023, 10:53
Avrokuboklarda yeni format tətbiq ediləcək 2.10.2023, 10:42
BÜTÜN XƏBƏRLƏR
Misli Premyer Liqası
№ Komanda o x
1 Qarabağ  34 87
2 Sabah 33 77
3 Neftçi 34 62
4 Qəbələ 34 48
5 Zirə 34 46
6 Turan 34 38
7 Kəpəz 34 30
8 Sumqayıt  33 28
9 Səbail  34 25
10 Şamaxı  34 24
Ətraflı
9-09-2023, 00:51
Türkiyə yığması biabır oldu -
Türkiyə yığması biabır oldu - AVRO-2024
26-09-2023, 21:21
C kateqoriyalı məşqçi kursu başladı -
C kateqoriyalı məşqçi kursu başladı - FOTO
10-09-2023, 15:44
Cabarov Uels millisinin oyununda -
Cabarov Uels millisinin oyununda - Təyinat
18-09-2023, 15:06
Yığmamızın sabiq üzvü
Yığmamızın sabiq üzvü "İrəvan"la anlaşdı
27-09-2023, 13:38
Elçin Məsiyevin səhvinin cəzası -
Elçin Məsiyevin səhvinin cəzası - 1000 manat
2-09-2023, 19:34
"Dinamo" - pul tələsi, yoxsa günün tələbi?
8-09-2023, 12:32
Həftəlik planlaşdırma - Güc təlimi
Həftəlik planlaşdırma - Güc təlimi
28-09-2023, 12:55
“Gəncə”nin yeni baş məşqçisi
“Gəncə”nin yeni baş məşqçisi
13-09-2023, 13:08
"Qarabağ" sifariş ərizəsində dəyişiklik etdi - Avropa Liqası
8-09-2023, 21:58
O artıq zədəsini sağaldıb...
O artıq zədəsini sağaldıb...
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz-Naxçıvan 13 37
2 EKOL 13 30
3 Neftçi İK 13 25
4 Baku Fire 13 22
5 Record club.az 13 12
6 Alyans 13 12
7  U-19 13 9
8 Xilə 13 6
       
       
Ətraflı
№ Komanda o x
1 Araz Naxçıvan 5 15
2 MOİK 5 11
3 Turan Tovuz-2 4 9
4 Qəbələ-2 5 9
5 Neftçi-2 4 9
6 Qarabağ-2 5 7
7 Zirə-2 4 7
8 Şamaxı-2 5 7
9 Qaradağ Lökbatan 5 6
10 Mingəçevir 5 6
11 Səbail-2 4 6
12 Zaqatala 5 6
13 Sumqayıt-2 4 3
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb