reklam
Voleybol məşqçiləri üçün seminar keçirildi
Sportfm.az xəbər saytı

Voleybol məşqçiləri üçün seminar keçirildi


Mayın 18-də voleybol məşqçiləri üçün seminar keçirilib.
Sportfm.az xəbər verir ki, “Aşağı yaş qrupu məşqçilərinin inkişafı” seminarı bu dəfə Naxçıvan Muxtar Respublikasında təşkil olunub.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan seminarda Naxçıvan Voleybol Federasiyasının (NVF) 40-a yaxın məşqçi-müəllimi iştirak edib. Nəzəri və praktiki hissədən ibarət olan seminarı FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma keçiblər. Sonda bütün iştirakçılara AVF-nin keçirəcəyi Level kateqoriyalı seminarlarda iştirak hüququ verən “İştirakçı Sertifikatı” təqdim olunub.

Qeyd edək ki, məşqçi-müəllimlər üçün ilk belə seminar bu ilin mart ayında Gəncə şəhərində keçirilib. Növbəti seminar isə Bakıda təşkil olunacaq.

Oxşar xəbərlər

Bakıda məşqçilər üçün növbəti beynəlxalq seminar
Bakıda cüdo məşqçiləri üçün seminar keçirildi
Bakıda məşqçilər üçün növbəti beynəlxalq seminar
Elnur Məmmədov daha bir plan hazırladı
Voleybol üzrə təcrübəli məşqçilər Naxçıvanda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər