reklam
“Səbail”dən yubiley qələbəsi
Sportfm.az xəbər saytı

“Səbail”dən yubiley qələbəsi


“Səbail” Azərbaycan Premyer Liqasında yubiley qələbəsini qazanıb.
Sportfm.az xəbər verir ki, bu, V turda “Qarabağ”la oyuna təsadüf edib.

Rəqibini 2:1 hesabı ilə məğlub edən “dənizçilər” ölkə çempionatında 25-ci ev qələbəsini qazanıb. Paytaxt təmsilçisi bunu öz meydanında keçirdiyi 87-ci matçında reallaşdırıb. Komanda digər görüşlərin 18-də heç-heçə edib, 44 dəfə isə uduzub.

Qeyd edək ki, “Səbail” Premyer Liqada 2017/2018 mövsümündə debüt edib. Bakılıların ilk ev qələbəsi 2017-ci il avqustun 19-da qeydə alınıb. "Dənizçilər" həmin vaxt “Neftçi” ilə öz meydanındakı görüşdə bir cavabsız qolla qələbə qazanıblar.

Oxşar xəbərlər

"Turan Tovuz"dan yubiley qələbəsi
"Sumqayıt"dan yubiley qələbəsi - Misli Premyer Liqası
“Səbail”dən tarixinin ən böyükhesablı qələbəsi
"Səbail" təkcə uduzmur - Yubiley qələbəsi
Yubiley oyununda məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər