Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yubiley oyununda məğlub oldu
AZAL klubu Premyer Liqada 350-ci oyununu keçirib.
Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisinin yubileyi Topaz Premyer Liqasının XVI turuna təsadüf edib. Tərlan Əhmədovun yetirmələri öz meydanında "Qarabağ”la qarşılaşıb. Bakılılar yubiley matçında hesabı açsa da, meydanı məğlub tərk edib – 1:2.
AZAL ölkə çempionatının yüksək liqasında keçirdiyi 350 oyunda 127 qələbə qazanıb, 102 heç-heçə edib və 121 dəfə məğlub olub. 374 qola sevinən paytaxt klubu 359 top buraxıb. Bakılılar 350 oyundan 175-ni ev, 175-ni səfərdə keçirib.
Premyer Liqada 2005/06 mövsümündə debüt edən AZAL 13 çempionat ərzində "Olimpik” və "Olimpik-Şüvəlan” adları altında da çıxış edib. Paytaxt təmsilçisi Premyer Liqada ən çox oyun keçirən komandalar arasında 9-cudur.
Xatırladaq ki, AZAL ilk oyununu 2005-ci il avqustun 12-də öz meydanında "Xəzər Lənkəran”a qarşı keçirib və 0:2 hesabı ilə uduzub.
Oxşar xəbərlər
"Turan" öz yubileyində məğlub olubmuş!
AZAL-ın 50-ci ev məğlubiyyəti
AZAL-dan antirekord, Vaqifdən yubiley
Hüseynpur AZAL-ın tarixinə düşdü
100-cü heç-heçə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Şahdağ Qusar" "Mingəçevir"ə qarşı - I Liqa
-
Babək Quliyev UEFA-nın seminarına dəvət aldı
-
Azərbaycan və Venesuela Federasiyaları arasında memorandum imzalandı
-
Musa Qurbanlı üçün mövsüm bitdi
-
“Şamaxı”dan 10-cu dəfə böyükhesablı məğlubiyyət - Azərbaycan çempionatları














Misli Premyer Liqası