reklam
Mutu 4 köməkçisini Bakıya gətirdi
Sportfm.az xəbər saytı

Mutu 4 köməkçisini Bakıya gətirdi


“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.
Sportfm.az xəbər verir ki, 45 yaşlı Alin-Nikolaye Çita köməkçi məşqçi, 44 yaşlı Aurelian-Boqdan Petraşku analitik məşqçi, 28 yaşlı Miodraq Todorov fiziki hazırlıq üzrə məşqçi, 47 yaşlı Mihai-Qavril Nedeban isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.
Mütəxəssislərin hər biri ilə 2 illik müqaviləyə imza atılıb.
Baş məşqçi Adrian Mutu və köməkçiləri artıq Sankt-Peterburqda təlim-məşq toplanışında olan komandanın düşərgəsindədir. “Ağ-qaralar” bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq məşqə rumıniyalıların rəhbərliyi altında çıxacaq.
Qeyd edək ki, hər dörd mütəxəssis bundan əvvəl də baş məşqçi Adrian Mutu ilə birlikdə çalışıb.

Oxşar xəbərlər

“Qəbələ”də türkiyəli məşqçi
Mutu yeni klubunda - RƏSMİ
"Neftçi"də daha bir məşqçi - TƏYİNAT
“Neftçi”də yeni məşqçilər - Təyinat
Mutu “Neftçi”ni ilk məşqinə çıxardı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər