Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Nicat Abasov 1/8 finalda -Dünya kuboku
Bakıda keçirilən şahmat üzrə Dünya kubokunda 1/16 final mərhələsinin tay-brek görüşlərinə start verilib.
Sportfm.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov FIDE adından çıxış edən Pyotr Svidlerlə dueldən qalib ayrılmaqla karyerasında ilk dəfə Dünya kubokunun 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Nicat Abasovla Pyotr Svidler arasında ilk rapid oyunu bərabərliklə yekunlaşıb. İkinci rapid mübarizəsinin mittelşpilində mürəkkəb vəziyyət yaranıb. Nicat rəqibin piyadasını götürərək P.Svidlerin təşəbbüsünün qarşısını alıb. Sonda təmsilçimiz gözlənilməz taktiki gedişlə ağların məğlubiyyətini rəsmiləşdirib.
Qeyd edək ki, Dünya kubokunda 1/8 final mərhələsinin ilk oyunları sabah keçiriləcək. Nicat Abasovun rəqibi BƏƏ təmsilçisi Saleh Salem olacaq.

Oxşar xəbərlər
Nicat Abasovdan 38 pilləlik sıçrayış - FİDE reytinqi
Dünya kubokunun mükafatçıları müəyyənləşdi
Dünya Kubokunun qalibi tay-brekdə bilinəcək
Nicat Abasov Maqnus Karlsenə məğlub oldu
Şahmatçımız yarımfinalda - Dünya Kuboku
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası