Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Nicat Abasovdan 38 pilləlik sıçrayış -FİDE reytinqi
Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2734 xal) ötən ayla müqayisədə 3 pillə geriləyərək, 16-cı sırada qərarlaşıb.
Digər tanınmış qrosmeysterimiz Teymur Rəcəbovun adı yenidən reytinqə əlavə olunub. O, 2745 xalla 14-cü pillədə yer alıb.
Bakıda təşkil olunan Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2677) böyük sıçrayışa nail olub. Gənc qrosmeyster 38 addım irəliləyib. O, 97-ci pillədən 59-cu sıraya yüksəlib.
Qədir Hüseynov isə bu dəfə ilk “100-lük”dən kənarda qalıb.
Qadınlarda isə Azərbaycanın 3 şahmatçısı ilk “100-lüy”ə düşüb. Bunlar Günay Məmmədzadə (2441 xalla 29-cu), Ülviyyə Fətəliyeva (2387 xalla 63-cü) və Gövhər Beydullayevadır (2383 xalla 68-ci).

Oxşar xəbərlər
Məmmədyarov ən yaxşı göstəriciyə malikdir - FİDE reytinqi
Azərbaycanın 5 şahmatçısı irəlilədi - FİDE reytinqi
Rəcəbov yerində qaldı, "Şah" isə irəlilədi...
Teymur Rəcəbov siyahını tərk etdi, Məmmədyarov irəlilədi
Şəhriyar Məmmədyarov 1 pillə gerilədi - FIDE reytinqi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası