reklam
Güləşçilərimizdən 9 medal -
Sportfm.az xəbər saytı

Güləşçilərimizdən 9 medal -MDB Oyunları


Avqustun 5-də Belarusda təşkil edilən 2-ci MDB Oyunları çərçivəsində yunan-Roma güləşi üzrə yarış keçirilib.
Sportfm.az xəbər verir ki, bu oyunlarda Azərbaycanı təmsil edən 10 yunan-Roma güləşçisindən 9-u fəxri kürsüyə qalxıb.

Məhəmməd Şükürzadə (60 kq), Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) gümüş, Tural Mehtiyev (55 kq), Həsən Məmmədli (67 kq), Elcan Məmmədov (82 kq) və Məhəmməd Əhmədiyev (87 kq) isə bürünc medal qazanıblar.

MDB Oyunlarında sərbəst güləşçilər avqustun 9-da, qadın güləşçilər isə ayın 13-də çıxış edəcək.

Oxşar xəbərlər

Güləşçilərimiz 6 medal qazandı - Beynəlxalq turnir
Güləşçilərimizdən 2 qızıl, 2 bürünc medal - Avropa çempionatı
Güləşçilərimiz beynəlxalq turnirlərdə 3 medal qazandı
Qazyumov millimizə görün kimləri cəlb etdi - SİYAHI
Güləşçilərdən daha 2 medal - Beynəlxalq turnir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər