reklam
Güləşçilərimiz 6 medal qazandı -
Sportfm.az xəbər saytı

Güləşçilərimiz 6 medal qazandı -Beynəlxalq turnir


Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarında güləş yarışlarına yekun vurulub.

Sportfm.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşib. Oyunlara məşqçilər Elvin Mürsəliyevlə Zöhrab Abbasovun rəhbərliyi altında tam heyətlə qatılan komandamızın 6 üzvü fəxri kürsüyə qalxıb.

Arif Niftullayev (97 kq) çempion olub. Ziya Babaşovla (63 kq) Təvəkgül Həziyev (67 kq) ikinci, Tuncay Vəzirzadə (82 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə üçüncü yeri tutub.

Beləliklə, 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan millimiz 151 xalla komanda hesabında 3-cü yeri tutub.

Oxşar xəbərlər

Millimiz Avropa çempionatının qalibi oldu
Güləşçilərimiz Qazaxıstandakı turnirdə 10 medal qazandı
Sərbəst güləş milimiz Avropa 3-cüsü oldu - UĞUR
Güləşçilərimiz beynəlxalq turnirlərdə 3 medal qazandı
Güləşçilərimizdən 9 medal - MDB Oyunları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər