reklam
“Neftçi”dən daha bir transfer
Sportfm.az xəbər saytı

“Neftçi”dən daha bir transfer


“Neftçi” daha bir transferini rəsmiləşdirib.
Sportfm.az xəbər verir ki, macarıstanlı futbolçu Mark Tamaşla 2 illik müqavilə bağlanıb. 29 yaşlı mərkəz müdafiəçisi komandanın heyətində 4 nömrəli formanı geyinəcək.
Mark Tamaş Macarıstanın “Videoton” (2012-2013), “Puşkaş Akademiya” (2013-2015), “Dioşqyör” (2015-2020), Polşanın “Şlask” (2020-2022) və Rumıniyanın “Sepsi” (2022-2023) klublarında çıxış edib. Macarıstan milli komandasının heyətində 1 oyun keçirib. O, bu il “Sepsi”nin heyətində Rumıniya kubokunun və Superkubokunun qalibi olub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi və braziliyalı mərkəz müdafiəçisi Yuri Matiası transfer edib.

Oxşar xəbərlər

"Neftçi" millimizin üzvünü transfer etdi
"Neftçi" Türkiyədən hücumçu transfer etdi
“Neftçi” gecə vaxtı transfer etdi
Qara Qarayev ağ-qara komandada
Rumıniya çempionu "Neftçi"də - TRANSFER

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər