Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi" Türkiyədən hücumçu transfer etdi
“Neftçi” mərkəz hücumçusu transferini rəsmiləşdirib.
Sportfm.az xəbər verir ki, nigeriyalı Aaron Olanare ilə 1 illik müqavilə bağlanıb.
29 yaşlı futbolçu bu komandanın heyətində 25 nömrəli formanı geyinəcək.
Olanare Nigeriyanın “Şutinq Stars” (2010-2011), “Dolfin” (2011-2012), “Volerenqa” (2012-2013), Norveçin “Sarpsborq” (2013-2014), Çinin “Quanço Siti” (2014-2017), “Siçuan Lonqfor” (2019), “Çanqçun Yatay” (2020), Rusiyanın ŞSKA (2016-2018), “Amkar” (2017-2018), İsrailin “Beytar Yerusəlim” (2018-2019) və Türkiyənin “Erzurumspor” (2021-2023) klublarında çıxış edib. Nigeriya milli komandasının heyətində 7 oyun keçirib, 2 qol vurub. 2015/16 mövsümündə ÇSKA ilə Rusiya çempionu olub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayev və sağ cinah müdafiəçisi Ervin Koffi ilə anlaşıb.

Oxşar xəbərlər
"Neftçi" millimizin üzvünü transfer etdi
“Neftçi” gecə vaxtı transfer etdi
Qara Qarayev ağ-qara komandada
“Neftçi”dən daha bir transfer
Rumıniya çempionu "Neftçi"də - TRANSFER
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası