reklam
Azərbaycan klublarının UEFA reytinqi
Sportfm.az xəbər saytı

Azərbaycan klublarının UEFA reytinqi


UEFA avrokubokların 1-ci təsnifat mərhələsinin matçlarından sonra klubların yeni reytinq cədvəlini açıqlayıb.
Sportfm.az xəbər verir ki, siyahı son 5 mövsümdə toplanan xalların cəminə əsasən tərtib edilib. Azərbaycan klublarından ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"unu mübarizədən kənarlaşdıran (4:0, ilk oyun - 2:1) Ağdam təmsilçisinin 24.500 xalı var. Komanda son cədvəllə müqayisədə 4 pillə irəliləyib və 61-ci olub. “Qarabağ” reytinqdə “Monako” (Fransa) və “Fənərbaxça” (Türkiyə) kimi klubları da geridə qoyub.
“Neftçi”dir 9.500 xalla 5 komanda ilə birlikdə 137-ci pilləni bölüşdürür. aytaxt təmsilçisi 2 pillə geriləyib.

4.500 xalı olan “Qəbələ” 265-cidir.

Azərbaycan çempionatının digər iştirakçıları “Sabah”, “Zirə”, “Şamaxı”, “Sumqayıt” və “Səbail” hərəyə 1.500 reytinq xalı ilə 343-cü yeri bölüşdürürlər.

Siyahıya “Mançester Siti” (İngiltərə, 124.000 xal) liderlik edir. “Bavariya” (Almaniya) 120.000 xalla 2-ci, “Real”isə (İspaniya) 106.000 xalla 3-cüdür.

Oxşar xəbərlər

“Qarabağ” 70-ci, “Neftçi” 398-cidir
“Qarabağ” reytinqdə irəlilədi
Dünya reytinqi açıqlandı - Klublarımız neçənci oldu?
Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri
Azərbaycan UEFA reytinqində irəlilədi - 1 pillə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər