Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri
Avrokubokların pley-off mərhələsinin ilk oyunlarından sonra Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri açıqlanıb.
Sportfm.az xəbər verir ki, siyahı son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən tərtib edilib. Pley-off mərhələsinin oyunları müəyyən yerdəyişmələrə səbəb olub.
Ən yüksək reytinqli Azərbaycan klubu “Qarabağ”dır. Ağdam təmsilçisi Avropa Liqasının pley-offunda Sloveniya komandası “Olimpiya”nı 2:0 hesabı ilə məğlub etsə də, bunun mövqeyə təsiri olmayıb. Qurban Qurbanovun yetirmələri 24.500 xalla 62-ci yerdədirlər.
“Qarabağ”dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu “Neftçi”dir. 10.000 əmsalı olan “ağ-qaralar” 4 komanda ilə birlikdə 135-ci pilləni bölüşdürür. Adrian Mutunun kollektivi də yerində qalıb.
“Qəbələ” isə növbəti dəfə geriləyib. “Qırmızı-qaralar” 4.500 xalla 270-cidirlər.
Azərbaycan çempionatının digər iştirakçılarından “Sabah”, “Zirə”, “Sumqayıt”, “Səbail” və elitanı tərk edən “Şamaxı” 3,350 xalla 334-cü pilləni bölüşdürürlər.
1-ci pillədə “Mançester Siti”dir (İngiltərə, 124.000). “Bavariya” (Almaniya) 120.000 əmsalla 2-ci sırada yer alıb. İlk “üçlüy”ü “Real” (Madrid, İspaniya, 106.000) tamamlayıb.

Oxşar xəbərlər
“Qarabağ” reytinqdə irəlilədi
Azərbaycan klublarının UEFA reytinqi
“Qarabağ” hesabına irəliləyirik - UEFA reytinqi
“Qarabağ” UEFA reytinqində neçəncidir?
"Kəpəz" ermənilərlə eyni sırada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası