Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Amil Yunanovdan yubiley qolu
Topaz Premyer Liqasının XXVIII turunun "Qəbələ” ilə oyununda hesabı açan Amil Yunanov "Sumqayıt”ın tarixinə düşüb. Sportfm.az xəbər verir ki, Amil, komandasının ev oyunlarında 100-cü qolunun müəllifi olub. Bu matçadək sumqayıtlılar öz meydanında 99 dəfə fərqlənmişdi. "Qəbələ”ni 2:1 hesabı ilə yenən Samir Abasovun yetirmələri bu rəqəmi 101-ə çatdırıb.
"Gənclik şəhəri” təmsilçisi bu qolları 98 matçda vurub. 32 qələbə, 28 heç-heçə və 38 məğlubiyyəti olan "Sumqayıt” evdə 114 top buraxıb.
Qeyd edək ki, "Sumqayıt” 2011/12 mövsümündən Premyer Liqada mübarizə aparır və 100-cü qolunu 6-cı mövsümündə vurub.
Oxşar xəbərlər
"Sumqayıt"dan yubiley qələbəsi - Misli Premyer Liqası
“Sumqayıt”da 350-ci qol - Azərbaycan çempionatları
Tovuzlu futbolçunun 100-cü oyunu
Amil Yunanovdan 40-cı qol
25 yaşlı Amildən 25-ci qol
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası