Qəbələ Azərbaycan kubokunun qalibi oldu
Bu gün Azərbaycan kubokunun 2023-cü il üzrə qalibi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, həlledici görüşdə "Neftçi" və "Qəbələ" üz-üzə gəlib. "Bakcell Arena"da keçirilən görüşün əsas vaxtında komandalar qapılara yol tapa bilməyiblər. Buna görə də matç əlavə vaxtda davam edib. Bu vaxt "Qəbələ"dən İsnik Alimi 102-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Oyunda başqa qol olmayıb. Nəticədə "Qəbələ" Azərbaycan kubokunun sahibi olub.
Qeyd edək ki, bu günədək “Neftçi” 6 dəfə, “Qəbələ” isə 1 dəfə Azərbaycan kubokunun sahibi olub.
Xatırladaq ki, Premyer Liqada "Nefçi" 3-cü, "Qəbələ" isə 4-cü yer tutaraq Konfrans Liqasına vəsiqəni təmin edib. Buna görə də matç avrokuboklara vəsiqə baxımından əhəmiyyət daşımayıb.
Qeyd edək ki, kubokun son qalibi "Qarabağ"dır.
Azərbaycan kuboku
Final
20:00. "Neftçi" - "Qəbələ" - 0:1
Qol: İsnik Alimi, 102-pen. (0:1)
"Bakcell Arena".
Oxşar xəbərlər
“Qəbələ”dən yubiley qolu - Azərbaycan Kuboku
Finalda təkrarlanan 5-ci cüt - Azərbaycan Kuboku
"Qəbələ"nin legioneri 50-ci oyununa çıxdı
"Qəbələ" Azərbaycan kubokunun qalibi oldu!
Azərbaycan Kubokunun 9-cu sahibi müəyyənləşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı















Misli Premyer Liqası