Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ"nin legioneri 50-ci oyununa çıxdı
İsnik Alimi “Qəbələ”də 50-ci oyununu keçirib.
Sportfm.az xəbər verir ki, şimali makedoniyalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının 15-ci turuna təsadüf edib. “Sumqayıt”la səfərdəki matç onun üçün “qırmızı-qara” forma ilə 50-ci olub.
1:1 hesabı ilə nəticələnən qarşılaşmada hesabı da İsnik açıb. Bu, onun “Qəbələ”də 17-ci qolu olub.
Alimi Premyer Liqada 42 (14 qol), Azərbaycan kubokunda 6 (3 qol), avrokuboklarda 2 dəfə “qırmızı-qaralar”ın heyətində şans qazanıb.
Yarımmüdafiəçinin "Qəbələ"də debütü 2021-ci il avqustun 15-də “Neftçi” ilə səfərdəki çempionat görüşünə (2:2) təsadüf edib. O, “Qəbələ”nin tarixində 50 və daha çox oyun keçirən 53-cü futbolçudur.
Oxşar xəbərlər
Qismət 150-yə çatdı
"Qəbələ"nin futbolçusu 100-ə çatdı - Misli Premyer Liqası
“Qəbələ”dən yubiley qolu - Azərbaycan Kuboku
İordaniyalının Azərbaycanda 50-ci oyunu
"Qarabağ"da 100-cü oyununa çıxdı - UĞUR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası