Finalda təkrarlanan 5-ci cüt -Azərbaycan Kuboku
İyunun 3-də “Bakcell Arena”da keçiriləcək Azərbaycan kubokunun final oyununda “Neftçi” və “Qəbələ” qarşılaşacaq.
Sportfm.az xəbər verir ki, bu, komandalar arasında ikinci final olacaq. 2013/14 mövsümündə də rəqiblər həlledici qarşılaşmada üz-üzə gəlib. 1:1 hesabı ilə başa çatan 9 il əvvəlki matçın penaltilər seriyasında bakılılar üstün olub – 3:2.
Bu, ölkə kubokunun 31 illik tarixində finalda 2 dəfə və ya daha çox qarşılaşan 5-ci cüt olacaq. Rekord “Neftçi” ilə “Qarabağ”a məxsusdur. Üç dəfə görüşən cütün duellərində bakılılar 1995/96 (3:0), ağdamlılar 2014/15 (3:1) və 2015/16 (1:0) mövsümlərində qalib gəlib.
Digər üç cütdə isə eyni komanda hər iki finalda qələbəyə sevinib. “Neftçi” “Şəmkir”i 1998/99 (0:0, pen.5:3) və 2003/04 (1:0, əlavə vaxtda), “Kəpəz” “Qarabağ”ı 1997/98 (2:0) və 1999/2000 (2:1), “Xəzər Lənkəran” “İnter”i 2007/08 (2:0, əlavə, vaxtda) və 2010/11 (1:1, pen.4:2) mövsümlərində üstələyib.
Oxşar xəbərlər
"Neftçi" final sayında "Qarabağ"ı keçdi - Azərbaycan Kuboku
“Neftçi” - “Qarabağ” - Statistika
"Neftçi" qış çempionu oldu - 9-cu dəfə
“Qarabağ” 7-ci dəfə qış çempionudur
Azərbaycan Kubokunun 9-cu sahibi müəyyənləşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası