Qalibləri mükafatlandırıldı -FOTO
“Araz Naxçıvan”la “Neftçi” İK arasında baş tutan final oyunu başa çatdıqdan sonra Yüksək Liqanın 2022/23-cü il mövsümünü ilk 3 pillədə başa vuran komandalar mükafatlandırılıb.
Sportfm.az xəbər verir ki, əvvəlcə final oyununun hakimləri – Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov fəxri kürsüyə dəvət olunub. Ardınca hakim-inspektor Murad Məmmədova diplom verilib.
“Araz Naxçıvan”dan Emin Kürdov ən yaxşı qapıçı, “Neftçi”dən Namiq Məmmədkərimov ən yaxşı oyunçu, “Baku Fire”in çalışdırıcısı Teymur Eyvazov isə ən yaxşı baş məşqçi seçilib.
“Baku Fire”ə bürünc, “Neftçi” İK-ya gümüş, “Araz Naxçıvan”a isə Yüksək Liqanın 2022/23-cü il mövsümünün qalibi kimi qızıl medal, eləcə də komandaların hər birinə müvafiq diplomlar verilib. Sonda “Araz Naxçıvan”a çempionluq kuboku təqdim olunub.
Mükafatları Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov, AFFA-nın baş katibi Sərxan Hacıyev və Neftçi İdman Klubu İB-nin idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov təqdim ediblər.
Oxşar xəbərlər
“Araz Naxçıvan”dan növbəti çempionluq - Yüksək Liqa
“Neftçi” hesabı bərabərləşdirdi - Yüksək Liqa
“Neftçi” “Baku Fire” ilə bacarmadı - Yüksək Liqa
EKOL və “Araz”dan ardıcıl 3-cü qələbə - Yüksək Liqa
Elşad Quliyev ən yaxşı məşqçi seçildi, "Araz" kubokuna qovuşdu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası