Elşad Quliyev ən yaxşı məşqçi seçildi, "Araz" kubokuna qovuşdu -FOTO
Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında 2017/18 mövsümünün mükafatlandırılma mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, tədbir çempionatın son turu çərçivəsində keçirilən “Neftçi” İK – “Marafon Futsal” (8:8) oyunu başa çatdıqdan sonra tutub.
Ölkə çempionatının bürünc, gümüş və qızıl medalları müvafiq olaraq EKOL, “Marafon Futsal” və “Araz” komandalarına təqdim edilib. Ən yaxşı baş məşqçi Elşad Quliyev (“Marafon Futsal”), ən yaxşı qapıçı Emin Kürdov (EKOL), ən yaxşı oyunçu isə Seymur Məmmədov (“Marafon Futsal”) seçilib. Mövsüm ərzində 34 qol vuran Telez Bolinya (“Araz”) ölkə çempionatının bombardiri olub.
Komandalara mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, futzal federasiyasının baş katibi Mahmud Sadıqov, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təqdim ediblər.

Oxşar xəbərlər
"Marafon" uduzdu, "İtaldizain" qalib gəldi
Təxirə salınmış görüşlərin vaxtı açıqlandı
Həmid və Vladislav meydana çıxa bilməyəcək
"Araz"ın oyunu canlı yayımlanacaq
Təhlükəli zonanın bir addımlığındakılar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Avropa çempionatında ilk medalı Əhməd Yusifov qazandı















Misli Premyer Liqası