“Araz Naxçıvan”dan növbəti çempionluq -Yüksək Liqa
Bu gün keçirilən final matçı ilə Yüksək Liqada cari mövsümə yekun vurulub.
Sportfm.az xəbər verir ki, cari mövsümdə “Araz Naxçıvan”a yeganə xal itkisi yaşadan “Neftçi” İK son dueldə də sürprizə imza atmağı düşünürdü.
Pley-off mərhələsində ilk oyunda yenilsə də, sonrakı 2 dueldə qələbə qazanaraq qızıl medal uğrunda oynamaq hüququ qazanan “Neftçi” İK Yüksək Liqanın cari mövsümünün son görüşünə itkilərlə çıxmışdı. Nurlan Mehdizadə və Rüfət Balakişiyev sarı vərəqə cəzalısı olduğuna görə komandasına kömək edə bilmirdi. Əvəzində pley-off-da meydana çıxmayan İlkin Hacıyev və Məhəmməd Abbasov bu dəfə forma geyinmək imkanı qazanmışdı. “Araz Naxçıvan”da isə uzun müddətdir zədəli olan Ponsedən başqa kənarda qalan yox idi.
Beş qolun qeydə alındığı bu oyunda gözlənildiyi kimi, Naxçıvan təmsilçisi qələbə qazanıb. Beləliklə “Araz Naxçıvan” 29-cu Azərbaycan çempionatının qalibi olub.
Yüksək Liqa
Final
15 may
Araz Naxçıvan – Neftçi İK 4:1
Qol: Xətai Bağırov, 1:37. Amadeu, 14:47. Felipinyo, 20:40. Nata Felipe, 38:16 – Namiq Məmmədkərimov, 13:41.
Hakimlər: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Əli Cəbrayılov
Hakim-inspektor: Murad Məmmədov
Bakı İdman Sarayı. Saat 18:30.
Oxşar xəbərlər
“Araz Naxçıvan” darmadağına sevindi - Yüksək Liqa
Lider “Baku Fire”ə qalib gəldi - Yüksək Liqa
“Neftçi” “Baku Fire” ilə bacarmadı - Yüksək Liqa
EKOL və “Araz” seriyada önə keçdi - Yüksək Liqa
EKOL və “Araz”dan ardıcıl 3-cü qələbə - Yüksək Liqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı















Misli Premyer Liqası