reklam
İki cüdoçumuz Avropa Kubokunda bürünc medal qazanıb
Sportfm.az xəbər saytı

İki cüdoçumuz Avropa Kubokunda bürünc medal qazanıb


Azərbaycanın gənc qız cüdoçulardan ibarət milli komandası Litvanın Kaunas şəhərində keçirilən Avropa Kubokunda 2 medal qazanıb. 
Azərbaycan Cüdo Federasiyasından (ACF) Sportfm.az-a verilən məlumata görə, yığmanın iki üzvü yarışda bürünc mükafata yiyələnib. 
Qızların mübarizəsində Leyla Dəmirova (48 kq) və Nigar Süleymanova (+78 kq) fəxri kürsüyə qalxıblar. 
Digər cüdoçulardan Rita Əliyeva (52 kq), Pərvanə Abdullayeva (70 kq), Nərmin Əmirli (78 kq) 5-ci yeri, Gülnarə Bayramova və Nuray Quliyeva (hər ikisi 57 kq) 7-ci yeri tutublar.

Oxşar xəbərlər

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci oldu
3 çəki dərəcəsində 9 qadın cüdoçu
Cüdoçularımız Avropa Kubokunu 6 medalla başa vurdu
Cüdoçularımızdan Avropa kubokunda 4 medal
Azərbaycan millisi 5 medal qazandı - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər