reklam
Cüdoçularımız Avropa Kubokunu 6 medalla başa vurdu
Sportfm.az xəbər saytı

Cüdoçularımız Avropa Kubokunu 6 medalla başa vurdu


Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kubokunu Azərbaycan cüdoçuları ümumilikdə 6 medalla başa vurublar.

Sportfm.az xəbər verir ki, bunlardan 1-i gümüş, 5-i isə bürünc medal olub.

73 kq çəki dərəcəsində çıxış edən Qadir Hüseynov turnirdə ikinci yeri tutub. Ondan başqa, oğlanların yarışında Aydın Rzayev (66 kq), Süleyman Əliyev (73 kq), İsmayıl Zamanov (90 kq) və Kənan Nəsibov (+100), qızların mübarizəsində isə Nərmin Əmirli (78 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, Avropa Kubokunda Azərbaycan millisinin 15 oğlan və 5 qız cüdoçusu çıxış edib.

Oxşar xəbərlər

Cüdoçularımız Avropa kubokunu 5 medalla başa vurdu
Cüdoçularımız Avropa kubokunu 4 medalla başa vurdu
Cüdoçularımızdan Avropa kubokunda 4 medal
Cüdoçularımız Avropa kubokunu 4 medalla başa vurudu
Azərbaycan millisi Avropa kubokunu 8 medalla başa vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər