reklam
Daha bir növdə mükafatçılar bəlli oldu -
Sportfm.az xəbər saytı

Daha bir növdə mükafatçılar bəlli oldu -“Dünya Kuboku 2023”


Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023” sona yaxınlaşır.

Sportfm.az xəbər verir ki, daha bir növdə mükafatçılar bəlli olub.

Kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş üzrə yarışın final mərhələsi keçirilib.

6 idmançının medallar uğrunda yarışdığı finalda üçüncü yeri almaniyalı Florian Peter tutub. O, mərhələni 27 xalla başa vurub.

Gümüş medalı Fransa təmsilçisi Klemen Besua əldə edib. O, 32 xal qazanıb.

Yarışın qalibi isə Çin idmançısı Yu Heng Li olub. 33 xal toplayan idmançı bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, bu gün qadınlar arasında 50 metr məsafəyə tüfəngdən 3 mövqedən atəş yarışları ilə “Dünya Kuboku 2023”ə yekun vurulacaq.

Oxşar xəbərlər

DÇ-də daha bir növdə mükafatçılar bəlli oldu
“Dünya Kuboku 2023″-ün qalibi məlum oldu
Qarışıq komandaların yarışında qaliblər - “Dünya Kuboku 2023”
Dünya kubokunun növbəti qalibləri bəlli oldu
İsveç millisi Bakıda qızıl medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər