reklam
Dünya kubokunun növbəti qalibləri bəlli oldu
Sportfm.az xəbər saytı

Dünya kubokunun növbəti qalibləri bəlli oldu


Bakıda təşkil olunan atıcılıq üzrə dünya kuboku davam edir.

Sportfm.az xəbər verir ki, stend atıcılığının səngər növü üzrə qadınlar və kişilər arasında keçirilən final yarışının qalibləri bəlli olub.

Qadınlar arasında finlandiyalı Noora Antikaynen, kişilər arasında isə çexiyalı Liptak Jiri qızıl medal qazanıb.

Stend atıcılığının bugünkü final yarışını Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov də Bakı Atıcılıq Mərkəzində izləyib. Nazir qaliblərə medalları təqdim edib.

Bu gün həm də 10 metr məsafəyə tüfəng və tapança atıcılığı üzrə qarışıq komandaların final yarışları keçirilib. Tüfəng atıcılığı üzrə yarışda Koreya komandası Serbiya komandasını 16:10 hesabı ilə udaraq, qızıl medal qazanıb. Bürünc medal sahibləri Koreya, Polşa komandaları olub.

Qardaş Türkiyə komandası tapança atıcılığı üzrə yarışda bürünc medal qazanıb. Digər bürünc medala Serbiya komandası yiyələnib. Yarışın qızıl medalçısı 14:6 hesabı ilə Ukrayna komandası üzərində qələbə çalan Yunanıstan komandası olub. Ukrayna isə gümüş medal qazanıb.

Oxşar xəbərlər

Stend atıcılığı üzrə Bakı kuboku keçiriləcək
Bakıdakı dünya kubokunun son qalibləri müəyyənləşdi - SİYAHI
Bakıda keçirilən atıcılıq üzrə dünya kubokunun ilk qalibləri - FOTO
Stend atıcılığı üzrə Azərbaycan Kuboku keçiriləcək
İsveç millisi Bakıda qızıl medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər