Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Dünya Kuboku 2023″-ün qalibi məlum oldu
Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023″də daha bir növdə mükafatçılar məlum olub.
Sportfm.az xəbər verir ki, qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş üzrə yarışın final mərhələsi keçirilib.
8 idmançının medallar uğrunda yarışdığı finalda üçüncü yeri almaniyalı Doren Vennekamp tutub. O, mərhələni 30 xalla başa vurub.
Gümüş medalı İran təmsilçisi Haniyə Rostamiyan əldə edib. O, 33 xal qazanıb.
Yarışın qalibi isə Çin idmançısı Sixuan Feng olub. 38 xal toplayan idmançı bütün rəqiblərini qabaqlayıb.
Bu gün həmçinin kişilər arasında 50 metr məsafəyə tüfəngdən 3 mövqeyə atəş üzrə yarışın qalibi məlum olacaq.
Oxşar xəbərlər
Daha bir növdə mükafatçılar bəlli oldu - “Dünya Kuboku 2023”
Qarışıq komandaların yarışında qaliblər - “Dünya Kuboku 2023”
Dünya kubokunun növbəti qalibləri bəlli oldu
İsveç millisi Bakıda qızıl medal qazandı
Kamenski Bakıda medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası