“Qəbələ”nin oyunçusu üçün ikiqat əlamətdar oyun -Misli Premyer Liqası
Misli Premyer Liqasının 30-cu turu “Qəbələ”nin futbolçusu Ramon Maçado üçün ikiqat əlamətdar olub.
Sportfm.az xəbər verir ki, braziliyalı hücumçu Azərbaycan çempionatında 50-ci oyununu keçirib. “Neftçi” ilə matçda hesabı açan legioner Premyer Liqada 10-cu qolunu vurub.
2022-ci ilin yayında “Qəbələ”yə keçən Maçado bunadək “Neftçi”də çıxış edib. O, Bakı klubunda 24, “qırmızı-qaralar”ın heyətində 26 çempionat görüşündə şans qazanıb. Ramon hər iki komandanın forması ilə eyni sayda – 5 qola imza atıb.
“Neftçi” ilə görüş “Qəbələ”nin daha iki braziliyalı futbolçusu üçün əlamətdar olub. Rafael Utziq və Felipe Santos Premyer Liqada yubiley matçına çıxıb. Yalnız “Qəbələ”də çıxış edən Rafael 75-ci çempionat qarşılaşmasında şans qazanıb. Felipe isə Premyer Liqadakı oyun sayını 50-yə çatdırıb. O, əvvəllər “Şamaxı”da forma geyinib. Bu matçlarda Utziq 14, Felipe 9 dəfə fərqlənib.
Xatırladaq ki, “Qəbələ” səfər matçında 2:1 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
“Neftçi”nin futbolçuları üçün yubiley oyunu - Misli Premyer Liqası
Qismət 150-yə çatdı
Emindən ikiqat yubiley - Premyer Liqa
75-ci səfər qələbəsi - Premyer Liqa
"Qəbələ" rekordunu təkrarladı - Premyer Liqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi















Misli Premyer Liqası