“Neftçi”nin futbolçuları üçün yubiley oyunu -Misli Premyer Liqası
Misli Premyer Liqasının 35-ci turu “Neftçi”nin iki futbolçusu üçün əlamətdar olub.
Sportfm.az xəbər verir ki, “Kəpəz”lə Qəbələdə baş tutan səfər matçı Rəhman Hacıyev və Voyislav Stankoviçin yubileyi ilə yadda qalıb.
Hacıyev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
30 yaşlı yarımmüdafiəçi Premyer Liqada 2008/2009 mövsümündə debüt edib. İlk oyununa “Bakı” forması ilə çıxan Hacıyev 14 mövsüm ərzində 4 fərqli klubda çıxış edib. Onun hesabında 27 qol var. O, “Neftçi”də 144 (14 qol), “Bakı”da 44 (2 qol), “Şamaxı”da 44 (8 qol), “Sumqayıt”da 18 (3 qol) oyun keçirib.
Qəbələ şəhər stadionuna kapitan kimi çıxan Stankoviç isə Premyer Liqada 200-cü matçını keçirib. Debütü 2014/15 mövsümünə təsadüf edən 36 yaşlı serbiyalı müdafiəçi 8 mövsümdə 3 fərqli klubda forma geyinib. Onun hesabında 9 qol var. Debüt etdiyi “İnter”də (indiki “Şamaxı”) 12 (1 qol) matç keçirən arxa xətt oyunçusu “Qəbələ”də 92 (1 qol), “Neftçi”də 96 (7 qol) dəfə şans qazanıb.
“Kəpəz” – “Neftçi” oyununda qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.
Oxşar xəbərlər
Qismət 150-yə çatdı
“Qəbələ”nin oyunçusu üçün ikiqat əlamətdar oyun - Misli Premyer Liqası
Stankoviçin 100-cü oyunu
"Şamaxı"nın kapitanı 9-cu oldu
Rəhman Hacıyev üçün əlamətdar tur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Röyal Nəcəfov "Baku Sportinq"dən getdi - Açıqlama
-
Ulduz futbolçu narkotikə görə saxlanıldı - HADİSƏ















Misli Premyer Liqası